Abşeronda ağır qəza – ÖLƏN VAR

  • By admin
  • 05 Oktyabr 2021 17:09

Abşeron rayonunda yol qəzası olub.

Gununsesi.info xəbər verir ki, oktyabrın 4-də saat 8 radələrində rayonun Digah qəsəbəsi ərazisində qəsəbə sakini N.Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Elman Xanalıyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Gununsesi.info