Abutalıbovun səhhətində problem yarandı:

  • By admin
  • 06 Noyabr 2021 17:25

Bakı şəhər İcra Hakimiyyətinin başçısı və Baş nazirin müavini vəzifələrində çalışmış Hacıbala Abutalıbovun səhhətində problem yaranıb.

Gununsesi.info Qaynarinfo-ya istinadən xəbər verir ki, H.Abutalıbov səhhətində yaranan problemə görə, Almaniyaya aparılıb.

Məsələ ilə bağlı danışan H.Abutalıbov Almaniyada müalicə olunmaq üçün getdiyini təsdiqləyib: “Səhhətimlə bağlı Almaniyada müayinələrə gəlmişəm. Şükürlər olsun ki, indi hər şey yaxşıdır. Yaxın günlərdə Bakıya qayıdacam”.

Gununsesi.info