AÇ-2016: “Türkiyədən daha çox Çexiyadan qorxuram” – Ante Çaçiç

  • By admin
  • 13 İyun 2016 10:20

Ante Chachich

AÇ-2016-da keçirdiyi ilk oyunda Türkiyəni minimal hesabla məğlub edən Xorvatiyanın baş məşqçisi Ante Çaçiç matçla bağlı fikirlərini bildirib. Gununsesi.info xəbər verir ki, xorvat mütəxəssis komandasının qələbəyə layiq olduğunu deyib.

 

“Qələbəyə görə oyunçuları təbrik edirəm. Məncə, bu oyunda qələbəyə layiq idik. Komandamın oyunundan çox razıyam. Türkiyəyə rahat qol fürsəti yaratmağa və geniş sahədə oynamağa imkan vermədik. Ancaq bu qələbəylə heç nə həll olunmayıb. Bütün diqqətimizi ikinci oyuna yönəldəcəyik” – deyə o, bildirib.

 

Çaçiç növbəti oyunda qarşılaşacaqları Çexiyadan daha çox qorxduğunu vurğulayıb: “Daha öncə qrupdakı rəqiblərimizdən Türkiyədən daha çox Çexiyadan qorxduğumu demişdim. Bu fikrimdə qalıram. Bu komanda Hollandiya və Türkiyənin yer aldığı qrupu lider kimi başa vurub. Çexlər çox güclü komandaya sahibdilər”. (Apasport)