Acun Ilıcalının “Hall Siti”ni satın alması rəsmiləşdi

  • By admin
  • 20 Yanvar 2022 18:23

Tanınmış türkiyəli aparıcı, TV8 telekanalının sahibi Acun Ilıcalı İngiltərədə “Hall Siti” klubunu satın alıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ilıcalının klubu alması ilə bağlı danışıqlar 6 aydır davam edirdi.

Məlumata görə, danışıqlar artıq yekunlaşıb, iş adamı rəsmi olaraq klubun yeni sahibidir.

Qeyd edək k, Ilıcalı ingilis klubuna görə, 24 milyon avro ödəyib.

 

Gununsesi.info