Acundan daha bir yenilik

  • By admin
  • 03 Sentyabr 2016 16:36

acun

TV8-in rəhbəri Acun İlıcalı tamaşaçılara daha bir sürpriz edib.

Axşam.az-ın məlumatına görə, son zamanlar futbol oyunlarının da yayım hüququnu alan TV8 daha bir yeniliyə imza atıb. Türkiyə futbol yığmasının 2018-ci il Dünya çempionatının seçmə mərhələsində oynayacağı qrup oyunları da TV8-də yayımlanacaq.

Bu barədə A.İlicalı sosial şəbəkədə yazıb. O, sentyabrın 5-də Xorvatiya-Türkiyə oyunu ilə buna start verəcəklərini açıqlayıb.

Gununsesi.info