AFFA 4 klubu cəzalandırdı - HƏR BİRİ 800 MANAT CƏRİMƏLƏNİB

  • Müəllif: admin
  • 25 Oktyabr 2017 14:54

affa

AFFA İntizam Komitəsinin növbəti iclasında Azərbaycan Premyer Liqasının IX turunun 3 oyunu ilə bağlı qərar verilib. 

Gununsesi.info xəbər verir ki, “Səbail”in məşqçisi Araz Qulamov “İnter”lə matçda texniki zona qaydalarını pozduğu üçün 1 oyunluq cəzalanıb.

“Sumqayıt” və “Zirə” öz aralarındakı matçda hərəyə 4 futbolçusunun sarı vərəqə ilə cəzalanması üzündən cərimələnib.

“Qəbələ” isə “Qarabağ”la görüşün 86-cı dəqiqəsində azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etmələri səbəbindən ziyana düşüb.

Qeyd edək ki, cərimələrin miqdarı hər komanda üçün 800 manat olub.

Gununsesi.info