
Azərbaycan Futbol Federasiyaları Assosoiasiyası (AFFA) Maykl Umanyikanın vəfatı ilə əlaqədar başsağlığı verib.
Gununsesi.info xəbər verir ki, AFFA–nın rəhbərliyi ölkə futbol ictimaiyyəti adından “Zaqatala” PFK-ya komandanın futbolçusu Maykl Umanyikanın vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir, mərhumun yaxınlarına səbr diləyir.
Xatırladaq ki, dünən saat 19:30 radələrində “Zaqatala” futbol klubunun Nigeriyadan olan, futbolçusu Maykl Umanyika məşq zamanı dünyasını dəyişib.
Allah rəhmət eləsin!
Anar
Gununsesi.info