AFFA ilə AMADA arasında Memorandum imzalanıb

  • By admin
  • 05 İyul 2017 14:30

unnamed (3)
İyulun 5-də AFFA-nın inzibati binasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) arasında Qarşlıqlı Razılaşmanın haqqında Memorandum imzalanıb.

Federasiyadan Gununsesi.info-ya verilən məlumata görə, AFFA-nın baş katibi Elxan Məmmədov və amada-nın direktoru Şəfəq Hüseynlinin imzladığı Memorandumun müddəalarına uyğun olaraq, növbəti mövsümdən etibarən
Topaz Premyer Liqasında çıxış edən, həmçinin Azərbaycan milli komandalarına cəlb olunan futbolçular dopinq nəzarətinə cəlb olunacaq, bu sahə ilə bağlı müxtəlif təbirlər, seminarlar keçiriləcək , maarifləndirmə işləri aparılacaq.

Anar
Gununsesi.info