AFFA-nın Berdıyevi Azərbaycan yığmasına dəvət etməməsindən təəssüflənir - millət vəkili

  • By admin
  • 08 Avqust 2016 11:21
aydin
Millət vəkili Qurban Berdıyevin Azərbaycanın futbol yığması üzrə baş məşqçi təyin olunmamasından təssüflənib.
Gununsesi.info xəbər verir ki, millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, Rusiyanın idman naziri Vitaliy Mutko türkmən Qurban Berdiyevə futbol üzrə Rusiya yığmasının baş məşqçisi postunu təklif edib.
Bu barədə öz “Facebook” səhifəsində yazan millət vəkili bildirib ki, Qurban Berdıyev dünyada tanınan güclü futbol mütəxəssisi sayılır. “Gərək AFFA Azərbaycan yığmasına baş məçqçi vəzifəsinə, və ya hansısa bir futbol klubumuza Qurban Berdiyevi dəvət edəydi. Neçə illərdi o, göz qarşısında idi. Qurban üçün futbolda mümkün olmayan heç nə yoxdur. Haydı, irəli türk oğlu”- deyə, millət vəkili vurğulayıb.
Gununsesi.info