Afina Türkiyənin güclənməsindən narahatdır - VİDEO

  • Müəllif: admin
  • 15 May 2017 13:23

unnamed (4)

Türkiyənin “ROKETSAN” Şirkəti “İDEF-2017” Sərgisində ilk dəfə özünün uzaqmənzilli idarə olunan “Bora” raket sistemini nümayiş etdirməsi, eləcə də raketin sınaqdan keçirilməsi Yunanıstanı ciddi narahat edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yunan mətbuatı Türkiyənin uzaqmənzilli raketi “Bora”nın sınaq testindən uğurla keçməsindən yazıb.

Belə ki, Yunanıstan mətbuatının bu hadisəni təhlil etdiyi xəbərlərində yunan hərbi və siyasi dairələrinin şokda olduğuna diqqət çəkilib. Yunan mətbuatı “Bora” raketlərindən sonra, Yunan Ordusunun strategiyalarını dəyişdirməsinin lazım olduğunu qeyd edib.

Mayın 14-də Yunanıstanın mətbuatında “Türkiyə Afinanı vuracaq gücə çatdı” başlığı ilə yazı dərc olunub. Yazıda qeyd edilib ki, artıq Ankaranın əli Yunanıstanın hər yerinə uzanır. Hazırda Türkiyə 1000 kilometr məsafədə hədəfi məhv edə biləcək raket üzərində iş aparır.

https://www.youtube.com/watch?v=s7ehmlw1ZBs

Anar
Gununsesi.info