Afrika Azərbaycanla əməkdaşlıqda maraqlıdı - SƏFİR

  • Müəllif: admin
  • 27 Oktyabr 2016 10:30
afrika
Pan Afrika Parlamentinin Azərbaycanla əməkdaşlıqda maraqlıdır.
Gununsesi.info xəbər verir ki, Azərbaycan Respublikasının Afrika İttifaqı yanında Daimi nümayəndəsi, səfir Elman Abdullayev Pan Afrika Parlamentinin vitse-prezidenti xanım Safiya Elmi Cibrillə görüşüb.
Görüş zamanı E.Abdullayev bu vəzifəyə seçilməsi münasibətilə  xanım Safiya Elmi Cibrili təbrik  edərək, ona Azərbaycan haqqında ətraflı məlumat verib. Diplomat Azərbaycanın regionun lider dövləti olduğunu, regionda irimiqyaslı layihələrin həyata keçirilməsində  məhz Azərbaycanın aparıcı rol oynadığını və bir çox böyük beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini qarşı tərəfin diqqətinə çatdırdı.
Pan Afrika Parlamentinin vitse-prezidenti xanım Safiya Elmi Cibril öz növbəsində səmimi təbrikə görə səfirə öz təşəkkürünü bildirdi. Xanım Safiya Elmi Cibril təmsil etdiyi və özündə 54 Afrika ölkəsini birləşdirən Pan Afrika Parlamentinin Azərbaycanla əməkdaşlıq etməyə maraqlı olduğunu və əməkdaşlığın aparılması üçün böyük potensialın mövcudluğunu qeyd etdi.
Görüşdə tərəflər arasında ikitərəfli münasibətlərin inkişafı perspektivləri müzakirə edildi və həm ikitərəfli əsasda, həm də digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi vacibliyi vurğulandı. 
Gununsesi.info