Terrorçular üçün dayaq nöqtəsi hesab olunan Afrin şəhərinin mərkəzi yaxın günlərdə Türkiyə ordusu tərəfindən mühasirəyə alınacaq.
Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
O qeyd edib ki, Afrinin mühasirəsindən sonra terrorçular Suriyanın digər regionlarından gələn dəstəkdən tam təcrid olunacaq.
R.T.Ərdoğan onu da əlavə edib ki, Türkiyə “Zeytun budağı” əməliyyatını başlamağa məcbur idi: “Türkiyə Suriyada terrorçuları tamamilə məhv edəcək”.
Gununsesi.info