Ağ Evdən Dağlıq Qarabağ açıqlaması

  • By admin
  • 10 İyun 2016 11:34

Petition

 

“Qarabağla bağlı Ağ Evə imzaladığımız “Ədalətin təmin edilməsi və böyük fəlakətin qarşısının alınıması” adlı petitsiyaya bu gun cavab verilib. Cəmi 2-3 cümlə ilə ifadə yazım ki, həmişəki sözləri ifadə ediblər”. Bu haqda Gununsesi.info-ya hazırda Norveçdə mühacir həyatı yaşayan jurnalist İdrak Abbasov məlumat verib. O bildirib ki, milyonlarla insanın imzaladığı petitsiyaya cavab olaraq Ağ Evin göndərdiyi məktubda birmənalı şəkildə Qarabağın Azərbaycana qaytarılması barədə də bircə kəlmə də söz deyilmir: “ Yalnız AŞPA-nın 2085 saylı qətnaməsini dəstəklədiklərini bildirirlər. Bir də deyirlər ki, İlham Əliyevlə Serj Sərkisyan özlərində iradə tapıb münaqişəni həll etməlidirlər. Vəssəlam! Yəni, Amerika gəlib bizə torpaq alan və ya Ermənistana ikinci cəbhəni açan deyil”-, deyə o bildirib.

Qeyd edək ki, Ağ Ev Dağlıq Qarabağla bağlı onlara ünvalnanan müraciətin imzalanması üçün öz təşəkkürünü bildirib. Cavabda deyilir: “ATƏT-in Minsk qrupunun həmsədri kimi, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlinin sadiq tərəfdarıdır. Mayin 16-da Con Kerri, Əliyev və Sərkisyanla görüşüb. Görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransa dövlətinin Avropa işləri üzrə katibi Harlem Desir də iştirak edib. Bu görüşdə prezidentler sulh danışıqlarına sadiqlikıərini ifadə ediblər. Bu uzun müddətli münaqişənin həlli Ermənistan və Azərbaycan prezidentlərinin siyasi iradəsindən asılıdır. Minsk Qrupunun həmsədri kimi biz regionda sülh və firavanlıq inkişaf səylərimizi davam etdirəcəyik”.

Gülnaz Qənbərli