Özündən 15 yaş böyük ərini qoyub qaçdı

  • By admin
  • 10 İyun 2016 11:49

qiz

Bakı şəhərinin Nəsimi rayonunda kirayə yaşayan Sabirabad rayon sakini həyat yoldaşının itkin düşməsi ilə bağlı polisə müraciət edib. Lent.az-ın məlumatına görə, Qasımzadə küçəsində kirayə yaşayan 1984-cü il təvəllüdlü Mehdi Əlirzayev (ad və soyadlar şərtidir) Nəsimi RPİ-yə müraciət edərək bildirib ki, onunla qeyri-rəsmi nikahda yaşayan 1999-cu il təvəllüdlü Dərziyeva Mətanət Sabir qızı mayın 11-də evdən çıxıb və bir daha geri qayıtmayıb. M.Əlirzayev həyat yoldaşının xarakterik əlamətlərini və fotosunu polisə təqdim edib.