Ağadadaş Ağayevin SON DURUMU

  • By admin
  • 24 Aprel 2021 17:42

Aparıcı Hacı Nuran Türkiyədə əməliyyat olunan Xalq artisti Ağadadaş Ağayevi xəstəxanada ziyarət edib.

Gununsesi.info xəbər verir ki, Hacı Nuran Ağadadaş Ağayev ilə fotosunu İnstaqramda paylaşıb.

“Məni görən kimi sevindi. Xəstəliklə mübarizə edən gördüm, əhvalı xoş idi. Ruhdan düşmək olmazdı. Çünki bilir ki, xərçəngə qalib gəlmək üçün ən böyük məlhəm insanın öz-özünə təskinliyidir. Həyat yoldaşı Pərvin xanım onun ruhdan düşməyə qoymur. Ağadadaşa xəstə yatağını yaraşdırmadım. Özünə də dedim ki, sənə yataq yox, səhnə yaraşır”.

Qeyd edək ki, A.Ağayev bir neçə gün öncə İstanbulda əməliyyat olunub.

Gununsesi.info