Ağbaş ləqəbli oğru saxlanılıb

  • By admin
  • 28 Oktyabr 2016 13:37

agbas

Gününsəsi.info xəbər verir ki, Abşeron rayon polis idarəsinə Ağbaş ləğəbi ilə tanınan Rüfət Vilayət oğlu İsgəndərovun üzərində narkotik vasitə olması barədə əməliyyat məlumatI daxil olub. İdarədə dindirilən Rüfət üzərindən aşkarlanan heroini şəxsi istifadəsi üçün aldığını bildirib. Saxlanılan şəxsin sözlərinə görə narkotik maddələrdən asılılıq onu bir neçə oğurluq cinayətinə əl atmağa da vadar edib. İsgəndərovun dediklərinə inansaq bədəni narkotik tələb edəndə qarşısına çıxan mağaza və evlərə girib müxtəlif əşyalar oğurlayıb. Rüfət İsgəndərov məhəllələrində yerləşən ərzaq dükanından pul oğurladığını da bildirib. Faktla bağlı Abşeron rayon polis idarəsində başlanan Cinayət işi üzrə araşdırmalar davam edir.

Gününsəsi.info