AğcəbədidəKİ ana ölümünə Səhiyyə Nazirliyindən - AÇIQLAMA

  • By Mayil
  • 09 Sentyabr 2016 13:22

sehiyye nazirliyi

Səhiyyə Nazirliyi Ağcəbədidə baş verən ana ölümü faktına münasibət bildirib.

Gununsesi.info bildirir ki, bu haqda APA-ya Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. O bildirib ki, 32 yaşlı Quliyeva Nurlana Əziz qızı Ağcabədi Mərkəzi Rayon Xəstəxanasında qeysəriyyə əməliyyatı olunub. Əməliyyatdan sonra ananın vəziyyəti kəskin pisləşib və ölümlə nəticələnib. Uşaq isə sağdır. Quliyeva Nurlananın 2500 qr çəkidə qız övladı dünyaya gəlib və hazırda vəziyyəti stabildir.
Ananın nəşi müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə verilib. Ekspert müayinəsindən sonra ölümün səbəbləri Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası tərəfindən araşdırılacaq. Dəqiq səbəblər bundan sonra məlum olacaq və ictimaiyyətə açıqlanacaq.
Ağcabədi rayon Prokurorluğundan isə APA-nın Qarabağ bürosuna bildirilib ki, bu, Ağcabədi şəhər sakini, 1984-cü il təvəllüdlü Quliyeva Nurlana Əziz qızının 4-cü uşağı olub. Qeysəriyyə əməliyyatından sonra qadın qanaxmadan ölüb.
Prokurorluqdan bildiriblər ki, N. Quliyevanın yaxınlarından indiyədək heç bir şikayət daxil olmayıb

Gununsesi.info