Bakıda və bölgələrdə yağış yağacaq - HAVA PROQNOZU

  • By admin
  • 09 Sentyabr 2016 13:15

yags

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gununsesi.info-ya verilən məlumata görə sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 25-29,Bakıda gecə 20-22,gündüz 25-29dərəcə isti olacaq.Atmosfer təzyiqi 750 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubətgecə 65-75, gündüz 45-55faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sentyabrın 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 25-30,dağlarda gecə 9-14,gündüz16-21dərəcə istiolacaq.

Tibbi-meteoroloji proqnozlara gəlincə isə sentyabrın 10-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü metehəssas insanlar üçün nisbətən əlverişlidir. Sentyabrın 11-12-də komfort hava şəraiti gözlənilir.

Gununsesi.info