Bakı Şəhər baş Polis İdarəsindən mitinq - XƏBƏRDARLIĞI

  • By admin
  • 09 Sentyabr 2016 13:08

sehlab

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın sentyabrın 11-də keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, idarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov  açıqlamasında bildirib ki, Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər-hansı təxribata imkan verilməyəcək: “Biz mitinqin təşkilatçılarını Bakı şəhər Baş Polis İdarəsinə dəvət etmişik. Onlara xəbərdarlıq ediləcək. Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar”.

S. Bağırov onu da qeyd edib ki, mitinqin təşkilatçılarına vaxtın dəyişdirilməsi təklif olunacaq: “Onlar Bakı şəhər İcra Hakimiyyətinə ünvanladıqları müraciətdə mitinqin saat 17.00-dan 19.00-dək keçirilməsini istəyiblər. Havatez qaraldığı üçün onlara təklif edəcəyik ki, mitinqin vaxtını bir-iki saat irəli çəksinlər”.

Qeyd edək ki, Milli Şurası sentyabrın 11-də mitinq keçirmək üçün  Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb.

Mitinqin sentyabrın 11-də Yasamal İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul” stadionu) keçirilməsinə razılıq verilib.

Gununsesi.info