Ağcabədidə minik maşını, Sumqayıtda mikroavtobus yandı

  • Müəllif: admin
  • 05 İyul 2017 07:01

FHN

Dünən axşam saatlarında respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb.

 Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Ağcabədi şəhərində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı  tikililər  yanğıdan mühafizə olunub.

Sumqayıt şəhərində vətəndaşa məxsus “Ford” markalı mikroavtobusun mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb. Avtobusun  qalan hissəsi yanğından mühafizə olunub.

Gununsesi.info