
Rusiyanın hərbi polisi Suriyada təhlükəsizlik bufer zonalarında yerləşdirilə bilər.
Gununsesi.info-nun TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Astanada keçirilən Suriyadanışıqlarında Rusiya prezidentinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.
“Hələlik rusiyalı müşahidəçilərin və ya Rusiya Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakından danışmaq çətindir, lakin, ümumilikdə, Rusiyanın hərbi polisinin Suriyada təhlükəsizlik bufer zonalarında yerləşdirilməsi nəzərdə tutulub” – deyə, məlumatda bildirilir.
Lavrentyev bildirib ki, sənədlərin imzalanmasından sonra 2-3 həftə ərzində Suriyada təhlükəsizlik bufer zonalarının yaradılması nəzərdə tutulur.
Gununsesi.info









