Ağdamda 29 yaşlı kişi bıçaqlandı

  • By admin
  • 21 Noyabr 2021 21:00

Ağdamda 29 yaşlı kişi bıçaqlanıb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Xındırıstan kəndi ərazisində qeydə alınıb.

Rayonun Seyidli kənd sakini Mustafayev Elvin Rizvan oğlu naməlum şəxs tərəfindən bıçaqla vurulub. Hadisəni törədən şəxs hadisə yerindən qaçıb. E.Mustafayev təcili tibbi yardım maşını ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info