
Ağdamda piyadanı vuran avtomobil Kamazla toqquşub.
Gününsəsi.info xəbər verir ki, hadisə Hindarx-Quzanlı yolunun 3-cü kilometrliyində qeydə alınıb. Baharlı qəsəbə sakini Ülvan Kərimov “VAZ 2107” markalı, minik avtomobili ilə hərəkətdə olan zaman yolu keşmək istəyən Səfərli qəsəbə sakini, 26 yaşlı Bakir Şakir oğlu Bayramovu vurub. Hadisə zamanı jiqulinin sürücüsü idarəetməni itirib və avtomobil qarşıdan gələn Sadəddin Əhmədova məxsus “KamAZ” markalı yük maşını ilə toqquşub. Nəticədə Ülvan Kərimov və Bakir Bayramov ağır bədən xəsarətləri ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Hazırda onların vəziyyəti orta-ağır qiymətləndirilir.
Fakt bağlı araşdırmalar aparılır.
Gününsəsi.info