Ağdamda telefon oğrusu tutuldu - FOTO

  • Müəllif: admin
  • 18 Oktyabr 2016 13:55

telogru1

73 ədəd mobil telefon oğurlayanlar tutuldu.

Gununsesi.info xəbər verir ki, Ağdam rayonunda mobil telefon oğurlayan şəxslər yaxalanıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində Quzanlı qəsəbəsindəki mağazadan 73 ədəd mobil telefon oğurlayanların Ağcabədi rayon Sarıcalı kənd sakini Rəsul İsmayılzadə və Bakı şəhər sakini Rövşən Salmanov olduğu aşkarlanıb. Oğurlanan telefonların 31 i elə Bakı şəhərində Rəsul İsmayılzadənin işlədiyi mağzadan tapılaraq maddi sübut kimi götürülüb. Ağdam rayon polis şöbsindən əldə etdiyimiz məlumata görə sxlanılanlardan Rövşən Salmanov əvvəllər də məhkumluq həyatı yaşayıb. Hazırda baş vermiş oğurluq hadisəsiylə bağlı istintaq araşdırmas davam edir.

telogru

Gununsesi.info