Yeni təmir olunmuş məktəbin stadionu  uçuldu - FOTOLAR

  • Müəllif: admin
  • 18 Oktyabr 2016 14:02

mek

Paytaxt Bakıda  bir neçə gündür yağan intensiv yağışlar bir sıra fəsadlara yol açıb.

Gununsesi.info xəbər verir ki, belə vəziyyətlərdən biri Bakının Xətai rayonunda yerləşən 48 saylı orta məktəbində yaşanıb. Əhmədli qəsəbəsində yerləşən  məktəbin stadionunun bir hissəsi dünən axşam saatlarında topraq sürüşməsi nəticəsində  uçulub. Torpaq sürüşməsi elektirik dirəyini də aşırıb.

Qeyd edək ki,  sözügedən məktəb əsaslı təmir olunaraq, ötən tədris ilində istifadəyə verilmişdi.

mek4888 mek488 mek484 mek48 mek 48

Vüsalə Rüstəmova

Gununsesi.info