Hədə-qorxu ilə vətəndaşı qarət edən şəxs tutulub

  • Müəllif: admin
  • 18 Oktyabr 2016 14:07

hede

Yasamal rayon polis idarəsinin əməliyatçıları rayon ərazisində yerləşən dükanın satıcısına qarşı quldurluq etməkdə şübhəli bilənən şəxsi saxlayıb.

Gununsesi.info xəbər verir ki, Yasamal rayon polis idarəsinə ərizə ilə müraciət edən paytaxt sakini 26 yaşlı Emil İsgəndərov ona qarşı soyğunçuluq edildiyini bildirib. İsgəndərovun sözlərinə görə dükanına daxil olan Kamran adlı şəxs kassada olan 140 manatı götürərək çıxıb gedib. Araşdırmalara başlayan polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı Kamran Rəhman oğlu Gözəlzadəni saxlayaraq polisə gətiriblər. İdarədə dindirilən Kamran Emilin ona pul borclu olduğunu bildirib. Gözəlzadənin sözlərinə Emilin mağazasına satılması üçün araq verib. Araqldar satılsada pulunu ala bilməyib. İstintaq zamanı Kamran törətdiyi əmələ görə heç də peşman olmadığını deyir. Hətta o öz əməlinə belə bəraət qazandırır.Kamran gözəlzadə özünü  günahkar bilməsədə bu onu cinayət məsuliyyətindən azad etmir.

Faktla bağlı Yasamal rayon polis idarəsində araşdırma aparılır.

Gununsesi.info