Ağdamda üç maşın toqquşdu

  • By admin
  • 15 İyun 2018 23:38

  Ağdamda zəncirvari yol qəzası baş verib.

Gununsesi.info APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində, Heydər Əliyev prospektində baş verib.

“QAZ 2410” markalı “02 BO 629” qeydiyyat nişanlı  avtomobil “VAZ 2107” markalı “10 KC 236” qeydiyyat nişanlı maşınla toqquşub.

Zərbənin gücündən “VAZ” markalı avtomobil yol kənarında dayanan “VAZ 2106” markalı “56 BF 955” qeydiyyat nişanlı avtomobilə çırpılıb.

Nəticədə bir nəfərin xəsarət alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.