Ağdamda zəncirvari yol qəzası baş verib – FOTO

  • By admin
  • 09 Fevral 2018 22:30


Axşam saatlarında Ağdam rayonu ərazisində zəncirvari qəza baş verib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, rayonun Quzanlı qəsəbəsində qeydə alınmış qəza zamanı 3 minik maşını – “VAZ-2106”, “VAZ-2107” və “Mercedes” markalı avtomobil toqquşub.

Hadisə zamanı “Mercedes”in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı rayon polisində araşdırma aparılır.

 

Gununsesi.info