Şəmkirdə ot daşıyan yük maşını yandı

  • By admin
  • 09 Fevral 2018 22:42


Şəmkirdə yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şəmkir rayonu, Qapanlı kəndində “QAZ” markalı yük avtomobilinin yanar hissələri və banına yığılmış 5 ton ot bağlamasının 4 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info