Ağdamı görəndə inana bilmədim ki, burada insan yaşayıb - AŞ PA ÜZVÜ

  • By admin
  • 27 Sentyabr 2021 21:39

 

Avropa Şurası Parlament Assembleyasının (AŞPA) bu gün keçirilən payız sessiyası zamanı “Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri” adlı hesabat müzakirəyə çıxarılıb.

Gununsesi.info-nun sessiyada iştirak edən əməkdaşının xəbərinə görə, sənədi təqdim edən irlandiyalı deputat Paul Gavan bu günlərdə Ağdamda səfərdə olduğunu xatırladıb.

O, deyib ki, Ağdama gedərkən, gözlərinə inanmayıb:  “Mən bu şəhərin yerlə yeksan olduğunu gördüm. Əvvəllər 30 min əhalisi olan Ağdam tamamilə  xarabalığa çevrilib. Bu vəziyyəti görəndə insanın inanmağı gəlmir ki,  burada əvvəllər insanlar yaşayıb”.

Daha sonra mövcud vəziyyətə toxunan məruzəçi Avropa Şurasını Ermənistanla Azərbaycan arasında sülhə yaxınlaşdırmağa çağırıb.rlandiyalı deputat AŞPA üzvlərini iki xalq arasında sülhün yaranması naminə fəal tədbirlər görməyə dəvət edib: “Sülhə nail olmaq üçün əlimzdən gələni etməliyik”.

Pərviz Həşimli

Fransa/Strasburq

Gununsesi.info