Ağdaşda baş verən qəzada bir ailənin beş üzvü xəsarət aldı

  • By admin
  • 21 Mart 2023 21:31

Ağdaşın Ləki qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində bir ailənin 5 üzvü – 1998-ci il təvəllüdlü Məmmədyarova Reyhan Süleyman qızı, 2021-ci il təvəllüdlü Məmmədyarova Yağmur Həsrət qızı, 1953-cü il təvəllüdlü Məmmədyarova Zemfira Telli qızı, 2009-cu il təvəllüdlü İsmiyeva Sevinc Əhməd qızı, 2017-ci il təvəllüdlü Məmmədyarov Oktay Həsrət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Hazırda onların vəziyyətləri orta-ağırdır, müşahidə altında saxlanılırlar.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info