Ağstafada yol qəzası baş verib

  • By admin
  • 13 Noyabr 2017 09:20

Ağstafada sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, “VA2106” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü, Ağstafaya qonaq gələn Kürdəmir rayon sakini, 1989-cu il təvəllüdlü Abışov Yusif Abış oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info