Üç rayonda yanğın hadisəsi baş verib

  • By admin
  • 13 Noyabr 2017 09:15

Masallı, Ucar və Gəncədə yanğın hadisələri qeydə alınıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Masallı rayonunun İsi kəndində dəmir konstruksiyadan ibarət talvarın taxta üzlüyü və altında olan əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ucar rayonunun Lək kəndində tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə və damına yığılmış ot bağlamasının 800 kiloqramı yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gəncə şəhərinin Nizami rayonunda tövlənin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info