Ağsuda dəhşətli yanğın - ÇÖRƏK SEXİ KÜL OLDU (VİDEO)

  • By admin
  • 15 Aprel 2018 21:15

Bu gün səhər Ağsuda yanğın olub.

Gununsesi.info xezerxeber.az-a istinadən bildirir ki, rayonun mərkəzi bazarının yanında yerləşən 345 kvadratmetr olan çörəkbişirmə sexində baş verən yanğının söndürülməsinə Ağsu, İsmayıllı və Kürdəmir dövlət yanğından mühafizə hissələrinin 5 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı müəssisənin 313 kvadratmetrlik hissəsi yanıb, ona birləşik 345 kvadratmetrlik digər ticarət obyekti və yaxınlıqdakı bazar alovdan mühafizə edilib.

Yanğın saat 12:30 radələrində tam söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının səbəbi və sexə nə qədər maddi ziyanın dəydiyi araşdırmalardan sonra məlum olacaq.

Gununsesi.info