Aİ-dən Ukraynanın dörd bölgəsinin Rusiyaya qatılmasına REAKSİYA

Avropa İttifaqı ölkələri Ukraynanın dörd bölgəsinin Rusiya Federasiyasına ilhaq edilməsini qətiyyətlə pisləyirlər.

Bu barədə Avropa Şurasının bəyanatında qeyd edilir:

“Rusiyanın Ukraynanın müstəqilliyini pozmaq üçün qanunsuz referendumlarını əsla tanımayacağıq. Biz Rusiyanın Donetsk, Luqansk, Zaporojye və Xersonun qanunsuz ilhaqını birmənalı şəkildə rədd edir və pisləyirik”.

Qeyd olunub ki, Aİ-yə üzv dövlətlər tərəfindən Rusiyanın qanunsuz hərəkətlərinin məhdudlaşdırılması istiqamətində görülən tədbirlər də gücləndiriləcək.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen deyib:

“Rusiya işğalçıları tərəfindən ələ keçirilən bütün Ukrayna əraziləri hər zaman suveren Ukraynanın bir hissəsi olaraq qalacaq”.

Gununsesi.info