Aİ ilə Türkiyə arasında vizasız rejim tətbiq olunacaq

  • By admin
  • 13 İyun 2016 16:33

Donald Tusk

 

Avropa Şurasının sədri Donald Tusk Avropa İttifaqı ilə Türkiyə arasında vizasız rejimin tətbiq olunmasına dair danışıqların azı oktyabr ayına qədər davam edəcəyini gözləyir. Gununsesi.info Qərb mətbuatına istinadən xəbər verir ki, Tusk bu barədə Almaniyanın “Bild” qəzetinə verdiyi müsahibəsində bildirib. “Türkiyə vətəndaşları üçün viza rejimi yalnız ölkələrinin tələb olunan bütün şərtləri istisnasız olaraq yerinə yetirəcəyi təqdirdə ləğv edilə bilər. Çox güman ki, danışıqlar oktyabr ayınadək davam edəcək, lakin biz biri-birimizə getdikcə yaxınlaşırıq” -, deyə Tusk qeyd edib.

Gülnaz Qənbərli