Ərdoğan: “Obama və Putin ümidlərimi puça çıxardı”

  • By admin
  • 13 İyun 2016 16:26

Ardogan

“Rusiya ilə əlaqələrimiz əvvəlki səviyyəyə dönəcək və  ondan da yüksək olacaq”. Gununsesi.info “Hurriyet Daily News”-ə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. O, ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putinlə ölkə əlaqələrinin yüksək səviyyədə olmamasına aydınlıq gətirib. Ərdoğanın sözlərinə görə, Obamaya böyük ümidlər bəsləsə də, təəssüflər olsun ki, bu ümidlər özünü doğrultmadı. “Misal olaraq deyə bilərəm ki, Amerika ilə Türkiyə arasında iqtisadi münasibətlər yaxşılaşmaq əvəzinə pisləşib. Bizim beynəlxalq aləmdə həyata keçirilən siyasətdə də gözləntilər də özünü doğrultmadı”.

Ərdoğan deyib ki, Ankara və Vaşinqton xüsusən də, Suriya və İraq məsələsində birgə səylərini istənilən səviyyədə nümayiş etdirə bilmədi: “Burada əsasən Vaşınqtonun kürd terrorçu təşkilatı olan YPG-ni dəstəkləməsi məsələsindədir”.

Türkiyəli Prezident Putinlə münasibətlərinə də  toxunub: “İki ölkə arasındakı münasibətlər hətta ABŞ-Türkiyə münasibətlərindən də yaxşı idi. Bizim Putinlə münasibətlərimiz qarşılıqlı maraqlara əsaslanırdı. Ölkələrimiz arasında ticarət dövriyyəsi Türkiyə-Amerika ticari əlaqələrindən çox idi. Biz bu ticarət əlaqələrinin yüz milyard dollara çatdırılmasını qarşımıza hədəf qoiymuşduq. Ancaq Suriya məsələsində mövqelərimiz haçalanırdı. Münasibətlərimizin kəskinləşməsi isə 2015-ci ilin noyabrın da rus təyyarəsinin vurulmasından sonra baş verdi”.  Rusiya-Türkiyə münasibətlərinin qısa zamanda tənzimlənəcəyinə ümid edən Ərdoğan bildirib ki, Rusiya ilə əlaqələri əvvəlki səviyyəyə dönəcək və ondan da yüksək olacaq.

Gunsesi.info