“Aİ ilə yeni saziş üzrə danışıqları Brüssel sammitinədək yekunlaşdırmağı planlaşdırırıq” - NAZİR

  • Müəllif: admin
  • 03 Oktyabr 2017 14:16
elmar-memmedyarov-1
“Azərbaycanla Avropa İttifaqıarasında əməkdaşlıq tədricən güclənməkdədir. Biz strateji tərəfdaşlıq layihəsinin ikinci fəslini müzakirə edirik. İlk dəfədir ki, tərəfdaş ölkə üzv ölkələrlə tərəfdaşlıq layihəsi təklif edib. Bu bir az çətin prosesdir. Amma ümid edirik ki, proseslər hamar gedəcək. Biz yeni saziş üzrə danışıqları noyabrda Brüsseldə keçiriləcək sammit öncəsi yekunlaşdırmağı planlaşdırırdıq”. 
Gununsesi.info xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda ukraynalı həmkarı Pavlo Klimkinlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
 
Nazirin sözlərinə görə, hazırda danışıqların növbəti mərhələləri keçirilir: “Oktyabrda açıq səma sazişi üzrə görüş olacaq. Bu, bəlkə də sonuncu görüş oldu. Hazırda tərəflər arasında əməkdaşlıq sürətlə inkişaf edir. İkitərəfli münasibətlər çərçivəsində bir sıra məsələlər var. Biz 10 üzv ölkə ilə strateji tərəfdaşıq. Bəziləri ilə strateji tərəfdaşlıq sənədi imzalamağa hazırlaşırıq. Ümid edirəm ki, Avropa Komissiyası ilə də bu sənədi imzalayacağıq”.
 
Gununsesi.info