Aİ üzvlüyünə gedən yol asan deyil - Şolts

  • By admin
  • 19 İyun 2022 12:46

Almaniya kansleri Olaf Şolts Ukraynanın Avropa İttifaqına namizədlik statusunu dəyərləndirərək, üzvlük yolunun asan olmadığını bildirib. 

Gununsesi.info xəbər verir ki, qida böhranına diqqət çəkən Şolts bildirib ki, milyonlarla ton Ukrayna taxılı ixracı gözləyir.

O, qeyd edib ki, Aİ-yə gedən yol asan deyil və bu yola düşmək istəyən hər bir namizəd bir çox şərtləri yerinə yetirməlidir.

Kanslerin sözlərinə görə, Aİ özünü genişlənməyə hazırlamalıdır. Bunun üçün strukturlarını və qərar vermə proseslərini modernləşdirməlidir. O, ittifaqa daxil olmaq üçün şərtlərin tez bir zamanda yerinə yetirilməsinin ölkələrin və onların vətəndaşlarının əlində olduğunu bildirib.

Gununsesi.info