Ailə daxili problemlər uşaqların dərsə davamiyyətinə təsir edir - MƏHƏBBƏT VƏLİYEVA

  • By admin
  • 16 Fevral 2017 14:03
mehebbet
“ Bu gün uşaqların məktəblərdə təhsil alması üçün hər cür şərait yaradılıb. Lakin məktəbə də ailədaxili problemlərlə üzləşmək mümkündür. Bir çox hallarda münaqişələrlə bol olan ailələrdən gələn uşaqların təhsilə adaptasiya o qədər asan olmur”.
Gununsesi.info xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Mill Məclisdə keçirilən “Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” mövzusunda təşkil edilən dəyirmi masada çıxışi zamanı deyib.
 
Onun sözlərinə görə, məktəb uşaqların vəziyyətini təhlil etməklə ailə problemlərinin olduğunu daha tez müəyyənləşdirə bilir: “Lakin biz məktəbdə problemlə qarşılan uşaqlara kimin kömək edəcəyini düşünməliyik? Bakı şəhərində İdarəmizin tabeliyində 307 ümumtəhsil məktəb var ki, onlarda 286 psixoloq fəaliyyət göstərir. Həmin psixoloqların ötən il bilik, bacarığı qiymətləndirilək, səviyyəsi müəyyənləşib.  Bu zaman 286 məktəb psixoloqunun yalnız 24 nəfərinin peşəkar olduğu müəyyənləşib”.
 
 M. Vəlieyeva bu gün psixoloqların məktəbdə çalışmaq istəmədiyini təəssüflə qeyd edib: “Bunun səbəbi əmək haqqının kiçik olmasıdır. Təxminən 180 manatın əmək haqqının müqabilində 2 minə yaxın şagirdi olan məktbədə 1 psixoloq fəaliyyət göstərir.   Ailədaxili problenmlərin artıdğını nəzərə alsaq, görərik ki, məktəb psixoloqunun üzərinə çox ağır yük düşür.  Bu baxımdan mən həm valideyn, həm uşaqlar, təhsil verənlərin özlər, eyni zamanda müxtəlif yaş qruplarını əhatə edən proqramların hazırrnamasına çox ciddi ehtiyac var. Bu gün məktəblərdə təkcə psixoloq deyil, təhsil verənlərin özləri, eləcə də valideynlərlə  ayrıca işlənməlidir. Valideynlər geniş auditoriyadır. Yalnız analar deyil, atalar da təhsilə cəlb olunmalıdır. Bu gün valideyn iclaslarına yalnız analar gəlir.  Bu da uşaqların təhsili ilə daha çox qadınların məşğul olduğunu görürük.  Bu baxımdan atalar maarifləndirilməlidir”.  
 
Ailə daxili problemlərin uşaqların təhsilə davamiyyətinə də təsir etdiyini dilə gətirən M. Vəlieyeva qeyd edib ki,  bəzən valideynlər  hər hansı problemə görə uşağını dərsdən yayındırır: “ Belə hallara tez-tez rast gəlinir. Hazırda Təhsil Nazirliyi tərəfindən ümumtəhsilin informasiya sistemi  təkmilləşdirilir. Artıq oradakı məlumat hər bir uşağın şəxsiyyət vəsiqəsi əsasında bazaya daxil ediləcək.  Bu eyni zamanda uşaqların məktəbdən yayınma hallarının aradan qaldırılmasına imkan yaradacaq.   Bununla yanaşı, Bakı ətrafı qəsəbələrdə yaşayanlar  6-7 sinifdən sonra qız işaqlarını məktəbə buraxmırlar. Bu zaman uşaqların təhsil almaq hüququ pozulur. Belə olan halda valideynlərin məsuliyyətini artıran tədbirlərin genişləndirililməlidir. Misal üçün  bu yaxınlarda Qala qəsəbəsində məktəbə gələn uşaqların dərsə davamiyyətinin zəifliyini müzakirə etdikdə gördük ki, orada valideynlər qızlarını oxumağa qoymurlar. Bəzən məktəblər uşaqlara qarşı zorakılıq halları zamanı valideynə irad bildirildikdə valideyn polisə şikayət edir.  Bu baxımdan məktəbin burada mövqeyi müəyyənləşdirilməli, uşaqların hüquqları pozulduqda məktəb valideynin iradəsi olmadan polisə müraciət etməlidir. Uşaqların gələcəyi məktəbi narahat edir. Uşaqların həyatı təhlükəsizliyi məsələsinə də diqqət artırlımalıdır”.
Mürtəza
Gununsesi.info