
Dünən “5/5” verilişinin qonağı olan Damla maraqlı etirafı ilə yadda qalıb.
Gununsesi.info xəbər verir ki, aparıcı Zaur Kamalın “O vaxtlar evdə küsəndə Könül Kərimovagilə qaçırmışsan. O nə imiş?” sözlərini xanım ifaçı təkzib etməyib.
“Olub, elə vaxtlarım da olub. Çünki yeni-yeni başlayanda evdə çox narazılıqlar olurdu. Və bu mövzuda mənim ən böyük dəstəkçim Könül Kərimova olub” sözləri ilə Zaurun sualına cavab verən Damla Zaurun suallarından yaxa qurtara bilməyib.
Aparıcının “Neçə gecə qalırdın?” sualına müğənni “Gecələr qalmırdım. Gündüzlər gəlib aqressiyamı tökürdüm, danışırdım-danışırdım. Qaldığım zamanlar da olub. Amma günlərlə qalmamışam yəni”, – cavabı ilə diqqət çəkib.
Xatırladaq ki, iki gün öncə Zaurun verilişinin qonağı olan Könül Kərimova Damlayla çox yaxın münasibətlərinin olduğunu etiraf etmişdi.
Gununsesi.info












