Akar Azərbaycan xalqına təşəkkür etdi

  • By admin
  • 08 Yanvar 2023 12:10

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan xalqına təşəkkür edib.

Gununsesi.info xəbər verir ki, bu barədə nazir Sarıqamış şəhidlərini Anma Günü ilə bağlı bəyanatında bildirib.

“Sarıqamış şəhidlərinin xatirəsini andığımız bu mənalı gündə Nargin (Böyük Zirə – red.) adasında məskunlaşmağa məcbur olan mehmetçiklərimizə köməkliyi ilə “bir millət, iki dövlət” ifadəsinin bariz nümunəsini nümayiş etdirən qardaş Azərbaycan xalqını hörmət və ehtiramla yad edirik”, – Akar qeyd edib.

Müdafiə naziri Türkiyənin başda Şimali Kipr Türk Respublikası (ŞKTR), Azərbaycan və Liviya olmaqla “dost, qardaş və müttəfiqlərinin haqlı davasına dəstəyini” davam etdirdiyini vurğulayıb.

Gununsesi.info