Akarla Şoyqu arasında KRİTİK MÜZAKİRƏ

  • By admin
  • 31 Oktyabr 2022 21:10

Rusiyanın müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akar ilə telefonla taxıl sazişini müzakirə edib.

Gununsesi.info TASS-a istinadla xəbər verir ki, bu barədə bazar ertəsi Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

“Oktyabrın 31-də Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə Türkiyə Respublikasının müdafiə naziri Hulusi Akar arasında telefon danışığı aparılıb. Söhbət zamanı Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişlər müzakirə edilib”, – məlumatda deyilir.

Gununsesi.info