Akif Çovdarovun 20 cildlik cinayət işi -MƏHKƏMƏ BAŞLAYIR

  • By admin
  • 02 Avqust 2016 01:25

 

ak

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə məhkəmə prosesi bir neçə günə başlayacaq. Bu barədə Gununsesi.info-ya məlumatlı mənbələrdən xəbər daxil olub. Məlumatda bildirirlir ki,  MTN-nin “qanlı generalı”nın cinayət işi 20 cilddən ibarətdir. Onun vəkilləri işlə tanış olmaq üçün istintaq orqanından əlavə vaxt istəyiblər və onların bu istəyi təmin olunub.

Qeyd edək ki, Akif Çovdarovun cinayət işində çoxsaylı zərərçəkənlər var. Həmin şəxslər MTN-nin sabiq generalı tərəfindən ya qanunsuz həbsə atılıb, ya da şantaj, hədə yolu varidatlarının bir hissəsini ona verməli olub.

Akif Çovdarov sabiq MTN rəhbəri Eldar Mahmudovun cinayətkar dəstəsinin əsas üzvlərindən biri olub.

Elmar