Kılıcdaroğlu Prezidentə şikayətindən vaz keçdi

  • By admin
  • 02 Avqust 2016 00:51
Kilichdaroghlu
Türkiyənin ana müxalif Cümhuriyyət Xalq Partiyasının lideri (CHP) Kamal Kılıçdaroğlu Prezident Rəcəb Tayyib Ərdoğana qarşı bütün məhkəmə iddialarını geri götürüb. Gununsesi.info türk mediasına istinadən bildirir ki, CHP lideri ilə Rəcəb Tayyib Ərdoğan arasında illərdir ki, qarşılıqlı məhkəmə çəkişməsi gedirdi. Öz növbəsində Ərdoğan da bir neçə gün əvvəl çıxışlarından birində onu təhqir edənləri bağışladığını demişdi və bu gün iddialarını geri götürmək üçün məhkəməyə müraciət edildiyini deyib.