“Akkord” böhranda - İki iri müəssisəsi birləşib

  • By admin
  • 28 Sentyabr 2016 09:43

akkord

Azərbaycanda sement və beton istehsal edən iki müəssisə birləşir.

Vergilər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, “Akkord Beton” MMC “Qazax Sement Zavodu” MMC-yə qoşulduğunu elan edir.

Qeyd edək ki, “Qazax Sement Zavodu” MMC-nin tikintisinə 2010-cu ildə başlanıb. Zavodun gündəlik layihə gücü 2500 ton klinker və 1 milyon ton sementdir. Müəssisədə bir neçə markada sement istehsal olunur. Bununla əlaqədar uyğunluq sertifikatları alınıb. Zavodun avtomatik idarəetmə sistemi “SİEMENS” firmasının mütəxəssisləri tərəfindən proqramlaşdırılıb və ən müasir avadanlıqla təchiz edilib.

Anar
Gununsesi.info