“AKKORD” şirkətinin inşa etdiyi yaşayış binasında yanğın olub

  • Müəllif: admin
  • 25 Dekabr 2016 16:59

fhn-xilasedici-1

 

Dekabrın 24-də Abşeron rayonunda “AKKORD” şirkəti tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindən 11-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabeli 9 p.m. yanıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 19:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 

Gununsesi.info