
Havaya qalxdıqdan 25 dəqiqə sonra Qara dənizə düşən Tu-154-də olan sərnişinlərin siyahısı açıqlanıb.
Gununsesi.info xəbər verir ki, açıqlanan siyahıda 8 hərbi vəzifəli şəxs, 2 federal hökumətin işçisi, 1 qeyri-hökumət təşkilatının əməkdaşı, 9 mətbuat mənsubu və 64-ü Rusiya Müdafiə Nazirliyinin “Aleksandrov” adlı mahnı-rəqs ansamblının üzvüdür.
Siyahıdakı Xəlilov, Həsənov (əsgər) və Süleymanov (“Aleksadrov” ansamblının üzvü) soyadları isə diqqət çəkib. Onların əslən azərbaycanlı olan Rusiya vətəndaşları olduğu ehtimal edilir.
Bu gün Rusiya Müdafiə Nazirliyinin Qara dənizə düşən “Tu-154” tipli təyyarəsinin 10 sərnişinin cəsədi tapılıb.
TASS agentliyinin verdiyi məlumata görə isə axtarış əməliyyatları davam edir.
Təyyarənin qalıqları sahilboyu 1,5 km-dən 6 km-ə qədər məsafədə səpələnib.
Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi yerli vaxtla yerli vaxtla saat 05.25 (Bakı vaxtı ilə saat 06.25) radələrində Soçinin Adler aerodromundan hava qalxdıqdan 2 dəqiqə sonra radardan itib. Qara dənizə düşən təyyarədə 85 sərnişin və 8 heyət üzvü olub.
Gununsesi.info












