
Türkiyənin Van vilayətində hakim AK partiyanın binasına hücum olub.
Gununsesi.info xəbər verir ki, hücum gecə saat 3 radələrində baş verdiyindən ölən və yaralanan olmayıb. Türkiyənin hüquq-mühafizə orqanlarının yaydığı bəyanata görə, hücumda əl bombasından istifadə edilib.
Məlumata görə, hücumu həyata keçirən PKK terror qruplaşmasının üzvləri binaya əl bombası atıblar.
Partiya binasına xeyli ziyan dəydiyi deyilsə də, ölən və yaralananların olmadığı bildirilir.
Gununsesi.info