Aktyor səhnədə öldü

  • By admin
  • 12 Noyabr 2016 23:28

????????????????????????????????????

 

Rusiyanın əməkdar artisti Boris Lifanov səhnədə ölüb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb. Aktyor Tver akademik dram teatrının səhnəsində tamaşa başa çatdıqdan sonra dünyasını dəyişib.

“Aparıcı aktyorlardan olan Boris Lifanov səhnədə ölüb. O, “Səkkiz sevən qadın” tamaşasında rolunu ifa etdikdən sonra tamaşaçılara baş əydikdə vəfat edib”,-deyə məlumatda bildirilib.

 

Gununsesi.info